Qarabağın bərpası nə qədər vəsait tələb edir? – AÇIQLAMA+VİDEO

“Azad olunmuş ərazilərin bərpasına görə 2021-ci il üçün ayrılan 2 milyarddan çox vəsait arzu etdiyimiz infrastrukturu və inkişafı görmək üçün yetərli deyil”.
Bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında iqtisadçı Altay İsmayılov deyib.
O bildirib ki, bu proses üçün ölkəmizə işin miqyasından asılı olaraq, 10 milyardlarla ölçülə bilən vəsait lazımdır:
“Qarabağın bərpası və yenidən qurulması prosesini yalnız dövlət büdcəsi hesabına etmək çətin olacaq. Hesab edirəm ki, inkişaf layihələrini dəstəkləyən beynəlxalq təşkilatların prosesə cəlb olunması lazımdır. Eyni zamanda, özəl sektoru da buraya daxil etmək lazımdır. Müəyyən infrastruktur və yaxud digər layihələr ola bilər ki, özəl sektor ilkin investisiyanı qoysun”.
İqtisadçı onu da qeyd edib ki, Zəngəzur dəhlizinin bərpası ilə Azərbaycanın Avropa bazarlarına çıxışı asanlaşacaq:
“Zəngəzur dəhlizinin bərpası ilə Azərbaycanın Türkiyə ilə əlaqələrin daha da inkişafı və Türkiyədən də Avropa bazarlarına çıxış əldə etmək imkanı təmin olunacaq. Bundan başqa, bu dəhliz vasitəsi ilə beynəlxalq dəmiryolu şəbəkəsinə qoşulmaq imkanı əldə edəcəyik. Bu, həm sərnişin, həm də yük daşımaları üçün əhəmiyyətli layihədir. Həmçinin region ölkələrinin də bu prosesdən faydalanmaq imkanı olacaq. Hətta Ermənistan da qoyulan şərtlərə riayət edərsə, həmin layihədən yararlana bilər”.
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ










