Qaraçuxurda məktəb ətrafında parklanma problemi ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 146 nömrəli məktəbin qarşısında valideynlər parklanma problemi ilə üzləşirlər. Avtosfer.az xəbər verir ki, onların sözlərinə görə, uşaqlarını məktəbə gətirərkən avtomobili cəmi bir neçə saniyəlik saxlamaq belə mümkün deyil, çünki dərhal cərimə tətbiq olunur. Ərazidə isə nə "dayanma-durma qadağandır" nişanı, nə də piyada keçidi zolağı mövcuddur.
"Məktəbin qarşısında avtobus dayanacağı nişanı var, amma avtobusu da rahat saxlamaq olmur. Valideynlər uşağını düşürmək üçün avtomobili saxlayan kimi isə cərimə yazılır. Əgər avtobusun dayanmasına icazə verilirsə, şəxsi avtomobili qısa müddətlik saxlamağa niyə icazə yoxdur?", ‒ deyə sakin narazılığını ifadə edib.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, qurumun mütəxəssisləri tərəfindən məktəbin ətrafında yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsi, valideynlərin övladlarını rahat şəkildə nəqliyyat vasitələrinə mindirib-düşürmələrini təmin etmək istiqamətində təkliflər hazırlanır.
Bu çərçivədə 146 nömrəli məktəbin ətrafındakı vəziyyət də araşdırılacaq.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












