Qaradağda 6.5 km uzunluğa malik küçə və yolda təmir-tikinti işləri aparılır - FOTO
Gündəm
29 Aprel 2021 12:29

Bakı şəhəri və onun qəsəbələrinin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, torpaq əsaslı, çınqıl örtüklü və ümumi istifadədə olan, sərnişin avtobusların hərəkət etdiyi, sosial obyektlərin yerləşdiyi küçə və yollarda yeni yol infrastrukturunun yaradılması istiqamətində işlər davam etdirilir. Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində görülən bu işlər 2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq Qaradağ rayonunda da aparılır.
İnvestisiya Proqramına uyğun olaraq ayrılmış vəsait hesabına cari ildə Qaradağ rayonunun Korgöz, Ələt və Lökbatan qəsəbələrində ümumi uzunluğu 6.5 km olan küçə və yolların təmiri və tikintisi nəzərdə tutulur.
Artıq Korgöz qəsəbəsində hər biri 500 metr uzunluğa malik 25-ci və 29-cu, həmçinin uzunluğu 300 metr olan 30-cu Korgöz küçələrinin yenidən qurulması istiqamətində işlərin bir hissəsi yerinə yetirilib.
Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib. Artıq yol əsası hazır olan hissələrə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq küçələrə yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb.
Qəsəbə üzrə təmir olunan küçələrin ümumi uzunluğu 1.3 km təşkil edir.
Anoloji işlər rayonun Ələt qəsəbəsi üzrə Bağlar massivində də aparılır. İnvestisiya Proqramı çərçivəsində sözügedən qəsəbədə təmir işləri ümumi uzunluğu 3.4 km olan 5 küçə və yolda aparılması nəzərdə tutulur ki, bu istiqamətdə bir müddətdir təmir-tikinti işlərinə start verilib.
Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq cari ilin İnvestisiya Proqramı çərçivəsində ayrılmış vəsait hesabına, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır.
Növbəti mərhələlərdə Sərəncam və İnvestisiya Proqramına uyğun olaraq Qaradağ rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-2020-ci illərdə Qaradağ rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 27 km olan 30-a yaxın küçə və yola asfalt-beton örtüyü döşənib.
Təbii ki, təmiri aparılan və nəzərdə tutulan küçələr Qaradağ rayonunda vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.
Oxunub : 1910
DİGƏR XƏBƏRLƏR
27 Noyabr 2026 20:44
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
27 Noyabr 2026 19:30
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
27 Noyabr 2026 16:30
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
27 Noyabr 2026 15:41
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
27 Noyabr 2026 10:00
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
27 Noyabr 2026 08:30
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
26 Noyabr 2026 21:00
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
26 Noyabr 2026 18:35
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
26 Noyabr 2026 17:16
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
26 Noyabr 2026 17:00
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
26 Noyabr 2026 16:11
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ
26 Noyabr 2026 15:11
Qəza törədən sürücü hansı halda cinayət məsuliyyətindən azad edilə bilər? - HÜQUQŞÜNAS
ŞƏRH YAZ




















