Qarlı hava şəraitində metrodan istifadə edən sərnişinlər sayı AÇIQLANDI

Yanvarın 9-da qarlı hava şəraiti ilə əlaqədar olaraq, gecə saatlarından Bakı metropoliteni gücləndirilmiş iş rejimində çalışıb. Açıq hava şəraitində yerləşən elektrik depolarında qarla mübarizə qərargahlarının fəaliyyəti operativ tədbirlər planına uyğun tənzimlənib.
Bu barədə “Bakı Metropoliteni” QSC məlumat verib.
Qeyd edilib ki, qışa hazırlıq “Bakı Metropoliteni” QSC-nin sədrinin əmrinə əsasən, 2022-ci il iyunun 22-də bütün təsərrüfat sahələrinin qışa hazırlığı və onun sabit işinin təmin edilməsi məqsədilə növbətçilik cədvəlləri, o cümlədən əməkdaşların yaşayış məkanı və şəxsi əlaqə vasitələri barədə məlumatlar hazırlanmaqla müntəzəm yoxlanması, işçilərin texniki məşğələ və təlim-məşqlərə cəlb olunması həyata keçirilir, bütün texniki vasitələr optimal hazırlıq vəziyyətində saxlanılır.
Bu plana uyğun olaraq, həyata keçirilən əməliyyat tədbirləri vaxtında yerinə yetirilib. Səhər saatlarından qatarların xəttə verilməsi, stansiyaların açıq hava şəraitində olan giriş sahələrinin qardan və buzdan təmizlənməsi vaxtında təmin edilib.
Bütün gün ərzində depolar və stansiyalar, xüsusən açıq sahələr tam nəzarətdə saxlanmaqla metropolitenin, o cümlədən qatarların hərəkətinin, stansiyaların infrastrukturunun normal iş rejimində fəaliyyəti təmin edilib.
Yanvarın 9-da Bakı metropolitenindən 661 593 sərnişin istifadə edib. Hazırda nəzarət mexanizmləri optimal səviyyədə qorunub saxlanılır.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












