Qarlı havada bu qaydalara əməl edin - Sürücülərə və piyadalara tövsiyə

“Qarlı-buzlu yollarda təhlükəsiz hərəkət çox önəmlidir. Az qala hamı: dövlət qurumları da, ayrı-ayrı şəxslər də bununla bağlı sürücülərə tövsiyələr verirlər. Amma ötən illərin təcrübəsi göstərir ki, qarlı-buzlu yollarda ən çox əziyyət çəkən, ən çox travma alan piyada hərəkət edənlərdir”.
Avtosfer.az-ın məlumatına görə, bu barədə nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib. Onun sözlərinə görə, qarlı-şaxtalı hava şəraitində piyada hərəkət edənlər bəzi qaydalara əməl etməlidir:
“1) səkilər bəzən yolun hərəkət hissəsindən tez donur (avtomobillərin hərəkəti yolun donmasını bir az ləngidə bilər), ona görə də buzlu səkilərlə hərəkət etməyə hazır olmalısınız;
2) xeyli küçələrimizin səkilərində sürüşkən döşəmə materiallarından (mərmərdən, bəzəkli daşlardan və s.) istifadə edilib. Belə yerlərdə çox ehtiyatlı olun, çünki buz olmasa da, yerdə azca qar olması çox ciddi sürüşmə effekti yaradır;
3) piyada keçidlərini və ümumiyyətlə, yolun hərəkət hissəsini çox ehtiyatla keçin, çünki avtomobillər həmişəki kimi tormozlanmır. Çalışın yolun hərəkət hissəsində olmayasınız. Ən xəfif sürətlə və kifayət qədər aralıda olan avtomobil də təhlükəli ola bilər;
4) altı sürüşməyən ayaqqabılardan istifadə etməyə çalışın;
5) xüsusi zərurət yoxdursa, yollara çıxmayın. Xüsusən yaşlı insanların küçələrə çıxmamasına çalışın.
Əvvəlki illərin statistikası göstərir ki, qarlı-buzlu küçələrimizdə piyada hərəkət edərkən yıxılaraq ciddi travma (xüsusən qol-qıça sınıqları) alan insanların sayı yol-nəqliyyat hadisələrində travma alanların sayından bəzən 5 dəfə çox olur”.
Sürücülərə isə məsləhət edirəm ki, yolda piyada görən kimi ehtiyat tədbiri görün, dayanmağa hazır olun, çünki qarda-buzda piyada da sürətlə yeriyə bilmir, hətta anidən yıxıla da bilər.
Yol təsərrüfatı və kommunal xidmət əməkdaşlarından isə xahişim odur ki, yolları qar-buzdan təmizləyərkən səkiləri unutmasınlar, piyada keçidlərinə xüsusi diqqət yetirsinlər. Əvvəlki illərdə rast gəldiyimiz, qarın hərəkət hissəsindən səkiyə atılması kimi təcrübə çox yanlış və təhlükəlidir. Bunları nəzərə almağı rica edirəm.
Ərşad Hüseynov,Hüquqşünas
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












