Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi regionun iqtisadi inkişafına təkan verəcək - Şamil Ayrım

Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi regionun iqtisadi inkişafına təkan verəcək.
Avtosfer.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Böyük Millət Məclisinin (TBMM) hakim Ədalət və İnkişaf Partiyasından (AK Partiya) olan deputatı Şamil Ayrım deyib.
O qeyd edib ki, hazırda Rusiya təbii qazının Türkiyə üzərindən Avropaya nəqli dayandırıldığı üçün 10 ölkənin qaz təchizatında Azərbaycanın əhəmiyyəti xeyli artıb:
“Bu, Azərbaycanın nüfuzunu Avropada və dünya miqyasında daha da yüksəldir”.
Apreldə təməlqoyma mərasimi keçiriləcək Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinə də toxunan Ş.Ayrım bildirib ki, Asiya və Avropanı birləşdirəcək bu layihənin gerçəkləşdirilməsi regionun iqtisadi inkişafına təkan verəcək:
“Azərbaycan və Türkiyə rəsmi nümayəndə heyətlərinin iştirakı ilə yanvarda Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi üzrə tikintisi zonasını ziyarət etdik. Əslində bu, Naxçıvan, İğdır, ümumiyyətlə isə Avropa və Asiyanın səbirsizliklə gözlədiyi çox mühüm fəaliyyətdir. Yeri gəlmişkən, təməlqoyma mərasimində Azərbaycan və Türkiyə Prezidentlərinin də iştirakı gözlənilir”.
Ötən həftə hər iki dövlət başçılarının Ankarada videobağlantı formatında İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasiminə qatıldıqlarını xatırladan türkiyəli deputat deyib ki, bu layihə Naxçıvan üçün həyati əhəmiyyət daşıyır:
“Təbii ki Türkiyə qardaş Azərbaycanın bir hissəsi olan Naxçıvanın təbii qaz təchizatına dəstək verməli idi və verdi. Yeni layihələrin həyata keçirilməsi, bölgənin iqtisadi cazibəsinin artırılması, Zəngəzur dəhlizinin açılması, regionda sülh və sabitliyin bərpası istiqamətində Azərbaycanla Türkiyənin səyləri davam edir. Bu prosesin müsbət nəticələnəcəyinə inanıram”.
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












