Qarşıdakı iki günün hava proqnozu açıqlandı

Martın 27-də və 28-də Abşeron yarımadasında mülayim yaz havası, əlverişli temperatur şəraiti proqnozlaşdırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, martın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam bəzi yerlərdə buludluluğun artacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında martın 27-də temperatur gecə 5-7˚, gündüz 11-16˚ isti olacaq. Azərbaycanın rayonlarında da martın 27-də havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Aran rayonlarında temperatur gecə 4-8˚, gündüz 11-16˚, bəzi yerlərdə 19˚ isti, dağlarda gecə 2˚ şaxtadan 3˚-dək isti, gündüz 7-12˚, bəzi yerlərdə 15˚ isti olacaq.
Fidan
Bu yollarda tıxac var - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI












