Qatarlarda sərnişinlərin icazələrinin olub-olmaması fərqli qaydada yoxlanılacaq

Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlarda sərnişinlərin evdən çıxma icazələrinin olub-olmaması fərqli qaydada yoxlanılacaq.
Avtosfer.az "Report" -a istinadən xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova AzTV-nin efirində bildirib.
O, xatırladıb ki, Nazirlər Kabinetinin qərarına əsasən "Azərbaycan Dəmir Yolları" beynəlxalq və regional istiqamətdə sərnişin daşımanı dayandırıb: "Bu çətin dönəmdə fəaliyyəti zəruri olan müəssisələrin əməkdaşlarının gediş-gəlişini təmin etmək üçün Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarların hərəkətinin təşkili uyğun qrafiklə davam edir. Sərnişinlərin müraciətlərini nəzərə alaraq, vətəndaşların sənədlərinin yoxlanılması artıq sonuncu stansiyada deyil, qatar hərəkətdə ikən yolda aparılır. Bu tədbir əlavə vaxt itkisinin qarşısını almaq məqsədilə görülüb".
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












