Qaxa giriş-çıxış məhdudlaşdırıldı - FOTO

Xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun tədbirlər Qax rayonunda da davam etdirilir. Avtosfer.az xəbər verir ki, xüsusi karantin rejimi ilə əlaqədar rayona giriş-çıxış məhdudlaşdırılıb. Bu məqsədlə rayonun giriş hissələrində Qax Rayon Polis Şöbəsinin Yol Patrul və Post Patrul Xidməti əməkdaşları tərəfindən postlar qurulub. Koronavirus pandemiyasının təsir dairəsinin genişlənməsinin qarşısının alınması üçün bir rayondan digərinə gediş üçün qoyulan məhdudiyyətlərlə əlaqədar avtomaşınlar saxlanılır, sürücü və sərnişinlər yoxlanılır.
Həmçinin rayon ərazisində polis əməkdaşları tərəfindən mütəmadi olaraq sakinlərlə maarifləndirici söhbətlər aparılır, xidməti avtomobillərdə olan səsgücləndiricilər vasitəsilə tələb və tövsiyələr vətəndaşların diqqətinə çatdırılır. Polis əməkdaşları tərəfindən onlara evdə qalmaları, çölə çıxmamalarının həm özləri, həm də digərlərinin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanır. Həyata keçirilən bütün tədbirlərin sakinlərin sağlamlığının qorunmasına xidmət etdiyi izah olunur. Eləcə də fəaliyyət göstərməsinə icazə verilmiş obyektlər istisna olunmaqla, digər ictimai iaşə müəssisələrinin işləməsi karantin rejiminə uyğun olaraq dayandırılıb və rejim qaydalarının pozulmaması üçün Qax RPŞ-nin əməkdaşları tərəfindən onlara nəzarət olunur.
Gültən
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI















