Qaxda dayandırılan Bakı-Balakən qatarının hərəkəti bərpa olunub - FOTO

Respublikanın şimal-qərb bölgəsində Dekabrın 31-dən etibarən intensiv olaraq yağan qar bir sıra problemlərlə bərabər dəmir yollarında da gediş gəlişdə məhdudiyyətlər yaradıb. Belə ki, bugün səhər saatlarında Bakı-Balakən istiqamətində hərəkət edən qatar, Qax rayonun girəcəyindəki Kötüklü dəmir yol stansiyasında qalıb. Güclü qar səbəbindən dayandırılan qatarının hərəkəti 9 saatdan sonra bərpa olunub. Qax rayon rəhbərliyi,qatarın yolda qalması məlumatını aldıqdan sonra təcili olaraq lazımi tədbirlər görüb. Belə ki,soyuq hava şəraitində sərnişinlərin yolda qalmaması üçün 3 avtobus ayrılıb. Həmin avtobuslar ilə təqribən 200 sərnişin Qax, Zaqatala və Balakən rayonlarına yola salınıb. Daha sonra isə Qax rayon dəmir yolu stansiyasında qalan qatarın Zaqatala dayanacağına yola salınması üçün texnika və canlı qüvvələr səfərbər olaraq relslər qar və ağac parçalarından təmizlənib. Qax satansiyasının rəisi Vahid Aslanovun "Report"-a bildirib ki, belə hal ilk dəfədir ki yaşanır.
Axşam saat 17.00 radələrində qatar son dəmir yol dayanacağı olan Balakən rayonuna yola salınıb.
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu














