Qaxda məcburi köçkünlərin evlərini zəhərli ilanlar basıb - FOTO

Qax rayonunda sürünənlər məcburi köçkün ailələrini qorxuya salıb. Rayonun Əmircan kəndində, beş məcburi köçkün ailəsinin məskunlaşdığı köhnə ferma ərazisində ilanların əlindən rahat hərəkət etmək, hətta evdə dincəlmək belə, mümkün deyil.
Məcburi köçkünlər bildirirlər ki, ilanlar bir neçə gündür evlərin ətrafında, hətta otaqlarda görünməyə başlayıb. Ötən il də eyni aqibəti yaşayan sakinlər hər gün bir neçə ilanı öldürdüklərini söyləyirlər.
Laçın rayonundan məcburi köçkün Rəfael Ağalarovun sözlərinə görə, evin çöl divarından girən ilanlar otaqlara daxil olur. Ailə üzvləri dünən səhər də eyni halla qarşılaşıblar. Belə ki, gürzə evin çöl divarından evə daxil olmaq istəyib. Lakin ailə üzvləri onu öldürə biliblər.
Sakinlər artıq aidiyyəti qurumlara müraciət ediblər. Ərazi icra nümayəndəliyinə edilən müraciətə cavab olaraq onlara bildirilib ki, əraziyə baxış keçiriləcək və ilanların olduğu yerlər dərmanlanacaq. ("Report")



Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










