"Qaydalara əməl olunmazsa, bu il Azərbaycanda yay tətili olmayacaq" - RƏY

"Son günlər paytaxt Bakıdakı videogörüntülərə baxdıqda və insanları yaxından izləyəndə açıq şəkildə görmək olur ki, əhalinin əksəriyyəti vəziyyətin ciddiliyindən xəbərdar deyil və hətta elə bir təəssürat yaranır ki, Azərbaycanda artıq koronavirus yoxa çıxıb".
Bunu açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.
Onun sözlərinə görə, bəzi insanlar artıq son günlər maska taxmağa başlasalar da, əksəriyyət sosial məsafənin saxlanılmasının vacibliyindən sanki xəbərsizdirlər və buna əməl olunmur:
"Əgər qaydalara riayət olunmazsa və bu, belə davam edərsə, hər kəs birmənalı şəkildə bilməlidir ki, insanlarımızın bu günə qədər öyrəşdiyi yay tətili bu il Azərbaycanda olmayacaq. Bu halları aradan qaldırmaq üçün ilk olaraq deyilən bütün tələblərə əməl edilməsinə görə qanunla nəzərdə tutulmuş cərimələrlə yanaşı bu insanlara ciddi şəkildə xüsusi ictimai qınaq da olmalıdır". (Report)
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB











