Qaydalara riayət etməyən avtobus: Sərnişinlər basabasla daşınır - VİDEO

Bakıda bəzi sərnişindaşıma avtobusları qaydalara riayət etmir. Avtosfer.az Oxu.Az-a istinadən xəbər verir ki, söhbət 172 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusdan gedir.
Görüntülər redaksiyamıza vətəndaşlar tərəfindən göndərilib.
Metronun “Koroğlu” stansiyasından Bilgəh qəsəbəsi istiqamətində hərəkət edən avtobusun sürücüsü koronavirusla mübarizə çərçivəsində Nazirlər Kabineti tərəfindən qəbul edilən qaydaları kobud şəkildə pozur.
Təqdim edilən görüntülərin bu gün səhər saatlarında paytaxtın Sabunçu rayonunda, 1 saylı Respublika Psixiatriya Xəstəxanasının yaxınlığında qeydə alındığı bildirilib. Vətəndaşların avtobusa kütləvi şəkildə mindikləri və hətta qapı ağzında təhlükəli vəziyyətdə getdikləri görünür.
Qeyd edək ki, ötən gün Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda ölkə ərazisində koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejimin tətbiq edilməsi haqqında qərar qəbul edilib.
Nazirlər Kabinetinin qərarında ictimai nəqliyyatda sərnişin daşınması məsələsinə də toxunulub. Bildirilib ki, avtobuslarda olan yer qədər sərnişin daşınmasına imkan veriləcək. Avtobuslarda sərnişinlərin ayaq üstə getməsinə icazə verilmir.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











