Bütün çimərliklər vətəndaşların üzünə açıqdır

Karantin qaydalarına riyayət etməklə, bütün çimərliklər vətəndaşların üzünə açıqdır.
Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib.
Onun sözlərinə görə, çimərliklərdə tələb olunan qaydalar isanların sağlamlığı üçün atılan addımlardı: "Ümumi karantin qaydaları ilə bərabər çimərliklərdən istifadəyə dair də karantin qaydaları mövcuddur. Çimərliyə gələn hər bir şəxsdən bu qaydalara əməl etməsi tələb olunur. Əsas qaydalardan biri sosial məsafənin qorunmasıdır, bundan əlavə çimərliyə gələn vətəndaşlardan çox dərinliyə getməmək, suyun təhlükəli yerlərindən uzaq durmaq tələb olunur. Hər bir qaydalar insanların sağlamlığı və təhlükəsizliyi üçün atılan addımlardı. Karantin qaydalarına riyayət etməyən şəxslər barəsində polis tərəfindən tədbir görüləcək”.
Mətbuat xidmətinin rəisi əlavə edib ki, məhz ötən gün çimərlikdə xidmət aparan polis əməkdaşları suda boğulan iki nəfəri ölümdən xilas ediblər:
“Həmin hadisələrdən biri Buzovna qəsəbəsindəki çimərliyində baş verib. Polis əməkdaşı həmin ərazidə xidmət aparan zaman 11 yaşlı N.Qurbanovanın boğulduğunu görüb. Dərhal həyatını təhlükə altına qoyaraq suya atılan polis serjantı onu xilas edib. Vaxtında edilən kömək nəticəsində azyaşlının həyatı xilas olunub”. (Trend)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











