Qazax və Tovuzda karantin rejimini pozan şəxslər cərimələnib - FOTO

Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Qazax rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmət apararaq, sakinlər arasında profilaktiki tədbirlər həyata keçirərək, mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, əlcəkdən istifadə etməyi, dezinfeksiya edici vasitələrdən istifadə etməyi tövsiyə edirlər. DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, bundan başqa rayon ərazisində mütamadi olaraq aparılan reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan şəxslər aşkarlanaraq barəsində müvafiq qanunlara uyğun olaraq tədbirlər görülüb. Belə ki, araşdırmalar zamanı 68 sakin İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə ediliblər. Əlavə olaraq 1 şəxs barəsində rayon məhkəməsinin qərarı ilə inzibati həbs seçilib.
Tovuz rayonunda da xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsində RPŞ-nin əməkdaşları gücləndirilmiş iş rejimində nəzarət edir. Belə ki, bu günə qədər polis əməkdaşlarının keçirdikləri reydlər zamanı 71 rayon sakini barədə xüsusi karantin rejiminin tələblərini pozduğuna görə inzibati qaydada tədbir görülüb.
Namiq Musayev



Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB












