Qazaxda sosial məsafənin təmin olunmasına nəzarəti gücləndirib - FOTO

Karantin rejiminin qaydalarına riayət etmək məqsədilə Qazax Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində insanların sıx toplaşdığı bank, poçt məntəqələrinin və digər idarələrin qarşısında sosial məsafənin təmin olunmasına nəzarəti gücləndirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, asayiş keşikçiləri ictimai nəqliyyat vasitələrində eləcədə əhalinin daha çox üz tutduğu digər ərazilərdə təbliğat xarakterli söhbətlər aparıb.
Polis əməkdaşları tərəfindən vətəndaşlara evdən çıxarkən tibbi maskadan mütləq qaydada istifadə etmələri barədə məlumat verilir, sağlamlıqlarının qorunması üçün insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamalarının vacibliyi izah olunur.
Əhalinin müraciət etdiyi sosial obyektlərin qarşısında ara məsafələrin qorunması təmin edilib.
Namiq Musayev


Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











