Qazaxıstan iyunun 20-dən beynəlxalq aviareysləri bərpa edir

Qazaxıstan iyunun 20-dən Türkiyə, Tailand, Çin, Koreya Respublikası, Gürcüstan və Yaponiyaya aviareysləri bərpa edəcək. Beynəlxalq marşrutlar üzrə reyslərin sayı mövcud hökumətlərarası hava nəqliyyatı sazişləri əsasında və hər bir marşrut üzrə hava gəmilərinin kommersiya yükündən asılı olaraq yerinə yetiriləcək.
Sənaye və İnfrastruktur İnkişaf Nazirliyinin Mülki Aviasiya Komitəsindən verilən məlumata görə, Qazaxıstan ərazisində koronavirus infeksiyasının yaranmasına və yayılmasının qarşısının alınması üzrə İdarələrarası Komissiyanın 2020-ci il 11 iyun tarixli qərarına əsasən, Səhiyyə Nazirliyinin tövsiyələri, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xəritəsinə əsasən epidemioloji vəziyyətin səviyyəsi nəzərə alınmaqla iyunun 20-dən etibarən Türkiyə, Çin, Koreya Respublikası, Tailand, Gürcüstan və Yaponiyaya beynəlxalq uçuşlar mərhələli şəkildə bərpa olunur.
Xatırladaq ki, bundan əvvəl Mülki Aviasiya Komitəsi Qazaxıstandan beynəlxalq istiqamətlərə uçuşların hələ bərpa olumamasını bildirilmişdi. (Azərtac)
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












