Qazaxıstan Xəzər dənizinin sahilində yeni taxıl terminalı açıb

Manqistau vilayətinin Kurık limanında gücü ildə 1 milyon ton olan yeni taxıl terminalı istifadəyə verilib.
Avtosfer.az "Azərtac"a istinadən xəbər verir ki, Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, “Kaspi Grain Way” özəl şirkətinin Kurık limanının ərazisində yerləşən taxıl terminalı bu ölkənin hər yerindən taxıl məhsullarını qəbul etməyə hazırdır.
Layihə çərçivəsində eyni vaxtda 28 min tona qədər taxıl məhsulunun saxlanıla biləcəyi 18 silos tikilib. Konveyerlərin gücü saatda 300 tondur.
Terminal taxıl ixracı həcmlərinin proqnozlaşdırılan artımını təmin edəcək. Hazırda taxıl terminalında 14 min tona yaxın arpa saxlanılır.
Noyabrın 9-da bu terminaldan Kurık limanının 4 nömrəli yanalma məntəqəsindən istifadə etməklə 3500 ton arpa həcmində ilk yük partiyasının daşınması həyata keçirilib.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











