Qazaxıstanda baş vermiş atışma nəticəsində 5 nəfər xəsarət alıb

Qazaxıstanda baş verən atışma nəticəsində 5 nəfər xəsarət alıb. Avtosfer.az xəbər verir ki, insident fevralın 20-də gecə saatlarında Aktyubinsk əyalətinin Hromtau şəhərində qeydə alınıb. Bu barədə “İnterfaks” agentliyi məlumat verib.
Məlumata görə, atəş 2 ədəd kəsilmiş 16 kalibrlik ov tüfəngindən açılıb. Yaralılar, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxəanaya çatdırılıb.
Bildirilir ki, gün ərzində hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə 3 nəfər saxlanılıb, onlar törətdiyi əməli və hadisə zamanı istifadə etdikləri silahları Orı çayının üzərində yerləşən körpünün altında gizlətdiklərini etiraf ediblər.
Motivlər barədə isə açıqlama verilmir.
Bundan əlavə, qeyd edilir ki, cinayətkarlar Rusiya qeydiyyat nömrə nişanlı “VAZ-2114” avtomobildə olublar.
Faktla bağlı “ölümə cəhd” maddəsi ilə cinayət işi açılıb, istintaq davam etdirilir.
Namiq Musayev
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI












