Qəbələ Beynəlxalq Aeroportunda təlim keçirilib - FOTO

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən Qəbələ Beynəlxalq Aeroportunda “Hava limanında mümkün fövqəladə hadisələr zamanı fəaliyyət” mövzusunda təlim keçirilib.
Nazirliyin Mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, təlim Qəbələ Beynəlxalq Aeroportunda həyata keçirilən müvafiq təhlükəsizlik tədbirlərinin səmərəliliyinin artırılması, fövqəladə hallar zamanı struktur bölmələrin qarşısına qoyulan tapşırıqların operativ həll edilməsi və bu istiqamətdə şəxsi heyətin praktiki vərdişlərinin artırılması, eləcə də qəza-xilasetmə işləri üzrə dövlət qurumları arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi məqsədilə təşkil olunub.
Təlimdə şərti olaraq cari texniki təmir işləri aparılan zaman anidən yaranmış yanğın hadisəsinin baş verməsi, həmçinin hava limanının sərnişin gözləmə zalında şərti yanğın məlumatına əsasən həyata keçirilən yanğın-xilasetmə əməliyyatı simulyasiya edilib.
Belə ki, təlim zamanı hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələri cəlb olunaraq hava gəmisində və gözləmə zalında baş vermiş şərti yanğının operativ “söndürülməsi”, eləcə də “zərəşəkmişlərin” xilas edilərək hava limanının tibb personalına təhvil verilməsi üzrə tapşırıqlar yerinə yetirilib.
Təlimə ümumilikdə 46 nəfərdən ibarət şəxsi heyət və 9 ədəd texnika cəlb edilib.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI


















