Qətldə təqsirləndirilən Azərbaycan çempionunun həbs müddəti uzadıldı

Ukraynada qətl törətməkdə təqsirləndirilərək Bakıda saxlanılan idman ustası Yasin Həsənovun barəsində seçilən həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Avtosfer.az-ın məlumatına görə, Nərimanov rayon məhkəməsi bu barədə istintaq orqanının təqdimata baxıb. Məhkəmə təqdimatı təmin edib və Y. Həsənovun barəsində seçilən həbs qətimkan tədbirini daha 3 ay uzadıb.
Xatırladaq ki, Y. Həsənov 2018-ci il iyulun 3-də Ukraynanın Kiyev şəhərində fəaliyyət göstərən "Dolma" restoranında Azərbaycan vətəndaşı Davud Ağayevi “Makarov” markalı tapançadan açılan atəşlə qətlə yetirərək ölkəni tərk edib. Y. Həsənov barəsində Ukrayna Cinayət Məcəlləsinin 115-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanaraq axtarışa verilib. O Bakıda saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Y. Həsənov əvvəllər Azərbaycanın cüdo, sambo və pankration döyüşləri üzrə yığma komandalarının üzvü olub.
Həsənov dəfələrlə Azərbaycan çempionu olmaqla yanaşı, 2009-cu ildə cüdo üzrə Dünya Kubokunun, sambo üzrə Avropa çempionatının bürünc mükafatçısı olub.
Namiq Musayev
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












