“Nikosayağı”nın avtoqəzadan sonra pulqabısı və telefonları oğurlanıb? - DİN-dən AÇIQLAMA - YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) gecə saatlarında “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin paytaxtın Nizami rayonu ərazisində törətdiyi yol-nəqliyyat hadisəsi zamanı pulqabısı və telefonlarının oğurlanması barədə yayılan məsələyə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bloqerin pulqabısı və telefonlarının oğurlanması barədə quruma heç bir müraciət daxil olmayıb.
***
Xəbər verdiyimiz kimi, ötən axşam “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirli ağır qəzaya düşüb.
Avtosfer.az xəbər verir ki, bloger Ramal İsayev sosial şəbəkə hesabında post paylaşaraq, qəzadan sonra Nicatın pul kisəsinin və mobil telefonlarının oğurlandığını yazıb.
“Dünən axşam o vəziyyətdə Nicatın telefonlarını və pul qabısını oğurlayıblar”, - deyə Ramal bildirib.
Qeyd edək ki, Nicatın idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində dərhal xəstəxanaya çatdırılan blogerin sağ yuxarı ətrafın dirsəkdən amputasiyası edilib.

Bizim.Media
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












