Qəzalı binalarda yaşayan sakinlərin müraciətinin nəticəsi - VİDEO

ənkəran şəhərində və rayon ərazisindəki qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarında bərpa-gücləndirmə işləri aparılır.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, şəhərin Nizami küçəsindəki 88, 90, 92 saylı binalarda bərkitmə və izolyasiya işləri görülür.
İş icraçısı Azər Hüseynov bildirib ki, binaların kanalizasiya sistemləri yenidən qurulub, zirzəmilər betonlanıb, yeni su-kanalizasiya xətləri çəkilib, mənzillərin köhnə pəncərələri yeni plastik pəncərələrlə əvəz olunub.
Təmir olunan binaların sakinləri müraciətlərinə həssaslıqla baxılmasına, göstərilən diqqət və qayğıya görə ölkə başçısına razılıq edirlər.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov yaşayış binalarında aparılan təmir-bərpa işlərini ilə yerində tanış olub.
T.Qaraşov təmas məsafəsini qorumaqla sakinlərlə görüşüb.
İcra başçısı bildirib ki, görülən bütün işlər Prezident İlham Əliyevin vətəndaşların təhlükəsiz həyat şəraitinin təmin olunması və maddi-rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi davamlı sosial siyasətin bəhrəsidir.
Şəhərin Şəhidlər xiyabanı 45/11 və 46/12 ünvanlarında yerləşən qəzalı vəziyyətdə olan çoxmənzilli binada da işlərə başlanılacağını deyən T.Qaraşov sakinlərə pandemiya ilə əlaqədar tətbiq olunan karantin qaydalarına ciddi riayət etməyi də tövsiyə edib.
Qeyd edək ki, ümumilikdə Lənkəranda son 5 ildə 1 qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binası yenidən tikilib, 15 qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binasında əsaslı təmir, bərpa-gücləndirmə və 360 binada isə dam örtükləri dəyişdirilərək yenidən qurulması işləri aparılıb.
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










