Qəzaya düşən baş məşqçinin vəziyyəti necədir? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bu gün “Mingəçevir” futbol komandası I divizionun 20-ci turu çərçivəsində “Şamaxı” ilə səfər oyununa gedərkən yolda avtomobil qəzasına uğrayıb.
Qəza nəticəsində komandanın idman direktoru Zaur Qarayev xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Hadisə zamanı avtobusda 20 futbolçu olub, onların sağlıq durumunda problem olmadığı bildirilir.
Klubun mətbuat xidmətinin rəhbəri Elnur Qasımov Avtosfer.az-a açıqlamasında bildirib ki, hazırda komanda Mingəçevirə qayıdır. Onun sözlərinə görə, Zaur Qarayevin həyati təhlükəsi yoxdur.
"İdman direktorunun vəziyyəti yaxşıdır. Komandamız Mingəçevirə qayıdır. Futbolçular arasında xəsarət alan olmayıb. Məndə olan məlumata görə, Zaur Qarayevin ciddi xəsarəti yoxdur", - deyə klub rəsmisi vurğulayıb.
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb












