Qəzaya düşən qardaşlardan biri öldü - MƏHKƏMƏ

Göyçayda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində təqsirləndirilən Şahəddin Qədirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Avtosfer.az "Report"-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilib.
Hakim İbrahim Fəttahovun icraatında olan iş üzrə hazırlıq iclası hələlik təyin edilməyib.
Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Göyçay-Ucar avtomobil yolunun üçüncü kilometrliyində - Hüngütlü kəndi ərazisində qeydə alınıb.
Belə ki, "QAZel" markalı yük maşını "VAZ-2106" markalı minik avtomobili ilə toqquşub. Nəticədə 2 nəfər - rayonunun Mallı-Şıxlı kənd sakini, 1993-cü il təvəllüdlü İsmayılzadə Məbud Nizami oğlu və qardaşı, 1989-cu il təvəllüdlü İsmayılzadə Pərviz Nizami oğlu isə ağır xəsarət alıb.
Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən qardaşlardan M.İsmayılov dünyasını dəyişib.
Ş.Qədirova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












