QHT Agentliyində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib - FOTO

Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib.
“Report” xəbər verir ki, toplantıda agentlik əməkdaşları, qeyri-hökumət təşkilatlarının (QHT) və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri agentliyin Müşahidə Şurasının üzvü Zaur İbrahimov açıq elan edərək 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərində erməni silahlı qüvvələri tərəfindən törədilmiş soyqırımı hadisəsi ilə bağlı məlumat verib.
O xatırladıb ki, ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 26 mart 1998-ci il tarixdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalanıb.
Hər il dünyanın müxtəlif ölkələrində soyqırımı hadisəsinin ildönümü günü ərəfəsində müxtəlif tədbirlərin təşkil olunduğunu qeyd edən Z.İbrahimov ermənilərin 30 mart-3 aprel 1918-ci il tarixlərində on minlərlə azərbaycanlını milli mənsubiyyətinə görə qətlə yetirdiyini bildirib.
Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri Mirəli Hüseynov, Nəsiman Yaqublu, Faiq İsmayılov, Tofiq Əlizadə ermənilərin törətdiyi soyqırımı hadisələri haqqında ətraflı məlumat veriblər.
QHT nümayəndələri Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları adından beynəlxalq təşkilatlara bəyanat ünvanlanmasının əhəmiyyətini qeyd ediblər.
Toplantının sonunda bəyanat səsləndirilib.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












