Qida məhsullarının çatdırılması zamanı bir sıra nöqsanlara yol verilir - FOTO

Qida məhsullarının daşınması və çatdırılması sahəsində bir sıra ciddi nöqsanlar mövcuddur. Əsasən qida məhsullarının daşınması və müştərilərə çatdırılması zamanı sanitariya norma və qaydaları ilə temperatur rejimi pozulur. Məhsulların saxlanılması və daşınması zamanı mal qonşuluğu qaydalarına əməl olunmur. Həmçinin emal edilmiş yarımfabrikat və hazır yeməklərin üzərində hazırlanma vaxtı yazılmır. İstifadə olunan alət və avadanlıqlar dezinfeksiya edilmir, xammal kimi istifadə müddəti bitmiş və mənşəyi məlum olmayan məhsullardan istifadə edilir, işçi heyət ilkin və dövri tibbi müayinədən keçirilmir və digər nöqsanlara yol verilir. Bu hallar isə istehlakçıların ciddi narazılığına və onların səhhətində problemlərin yaranmasına səbəb olur.
Avtosfer.az xəbər verir ki, bu cür nöqsanlarla bağlı istehlakçılar tərəfindən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “1003 Çağrı mərkəzi”nə müxtəlif müraciətlər daxil olmaqdadır.
Daxil olmuş vətəndaş şikayətləri əsasında Agentliyin əməkdaşları tərəfindən plandankənar yoxlamalar həyata keçirilir. Yoxlamalar zamanı qida məhsullarının çatdırılması xidmətini göstərən bir sıra müəssisələrin qida məhsullarını daşıdığı termoblokların sanitar vəziyyətinin qənaətbəxş olmadığı və daşınma zamanı mal qonşuluğuna əməl edilmədiyi, temperatur rejiminin gözlənilmədiyi və çarpaz çirklənmələrin qarşısının alınması üçün zəruri tədbirlərin görülmədiyi və.s. kimi pozuntular müəyyən olunub. Agentlikdən verilən məlumata görə, qurum tərəfindən 2023-cü il ərzində 10 keytrinq şirkətində planlı yoxlama da keçirilib. Aşkar edilmiş nöqsanlarla bağlı 10 halda Agentlik tərəfindən inzibati məsuliyyət tədbirləri görülüb. Bir müəssisədə emalın müvəqqəti məhdudlaşdırılması, üç müəssisədə malın (mal partiyasının) satışının dayandırılması və qadağan olunması, iki müəssisədə işçi heyətin nöqsanlar aradan qaldırılanadək kənarlaşdırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar verilib.
Qeyd edək ki, Azərbaycanda qida məhsullarının daşınması və çatdırılması sahəsində əsasən “Bolt Food”, “Uber”, “Volt”, “Ozio”, “Ibox” və “Umico” şirkətləri fəaliyyət göstərir. Həmçinin bəzi ictimai iaşə müəssisələri və bir sıra marketlər də öz məhsullarının müştərilərə çatdırılması xidmətini həyata keçirir.
Aeroportla Bakının əsas məntəqələri arasında servis avtobusları işləyəcək - SABAHDAN
Radikallar seçilsələr, lazımi addımlar atılacaq - İlham Əliyevdən sərt xəbərdarlıq
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Bakı-Masallı yolunda kilometrlərlə uzanan TIXAC YARANDI - VİDEO
Bu gün Azərbaycan ərazisində hər qarış torpaq xalqımıza məxsusdur - Prezident - VİDEO
DİN əməkdaşları Heydər Əliyevin xatirəsini yad etdilər - FOTO - VİDEO
SOMDA-da Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü münasibətilə tədbir təşkil olunub - FOTOLAR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Mehriban Əliyeva Zəngilanda çay kənarından paylaşım etdi - FOTOLAR
Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - VİDEO
Prezidentin sosial şəbəkə hesablarında Cəbrayıla səfərlə bağlı paylaşım edilib - VİDEO










