Qırğızıstan-Türkiyə marşrutu ilə dəmiryol yükdaşımaları Azərbaycandan keçəcək

Qırğızıstan yükdaşıyıcıları Türkiyəyə və əks istiqamətdə daşımaların yeni dəmiryol marşrutunu hazırlayıb və reallaşdırıb. Bu barədə Qırğızıstanın Ticarət-Sənaye Palatasına istinadən məlumat verir.
Qeyd olunur ki, bu marşrut Azərbaycan ərazisindən keçəcək. Ticarət-Sənaye Palatasına nəqliyyat alt komitəsinin sədri Talant Matkerim bildirib ki, Türkiyənin “Arkas Logistik” şirkəti ilə razılaşma üzrə Oş şəhərində Türkiyədən gələn 40 konteyner qəbul edilib. Bu yük Gürcüstan və Azərbaycan ərazisindən, daha sonra dəniz yolu ilə Türkmənistana çatıb. Yük bu ölkədən dəmir yolu ilə Özbəkistandan keçərək Qırğızıstanın Oş şəhərinə gəlib: “Əvvəllər biz avtomobil yolu ilə yük nəql edirdik. Amma koronavirusla əlaqədar dövlət sərhədlərini keçməkdə problem yarandı və sahibkarlar zərər çəkməyə başladı. Multimodal daşımaların işə düşməsi həm yüklərin ləngiməsinin qarşısını alacaq, həm də tədarük həcmlərini artırmağa imkan verəcək”. (Trend)
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO











