Qızılsatan anasını qətlə yetirən qızın bahalı avtomobili - FOTO

Gündəm 7 Yanvar 2016 14:23 Oxunub 7827
Qızılsatan anasını qətlə yetirən qızın bahalı avtomobili - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun keçmiş həyat yoldaşı bir neçə il əvvəl həbs edilib

Qətlə yetirilmiş iş adamı Məryəm Namidzadənin qızı Günel Hüseynovanın keçmiş həyat yoldaşı bir neçə il əvvəl həbs edilib. Avtosfer.az-ın “report”a istinadən xəbərinə görə, o, M.Namidzadəyə qarşı dələduzluqda təqsirləndirilərək 9 il həbs cəzası alıb. G.Hüseynovanın indiki sevgilisi isə M.Namidzadəyə Mərkəzi Univermaqda qızıl alqı-satqısında kömək edirmiş. Onun adı Asimdir, soyadı isə açıqlanmayıb. Həmin şəxs də istintaqa cəlb edilib. Hüseynovaya məxsus “Audi” markalı avtomobil hazırda qətl baş verən Feyzulla Qasımov, 17 ünvanının qarşısındadır.

G.Hüseynova özü və daha iki nəfər şübhəli şəxs qismində saxlanılıb. Bunu mərhumənin oğlu Kamran Hüseynov bildirib. Onun sözlərinə görə, bacısı Günel Hüseynova və iki qohumu faktla bağlı saxlanılıblar. Amma saxlanılan digər qohumların adları hələ ki, açıqlanmır. K.Hüseynov qeyd edib ki, Məryəm onun ögey anası, Günel isə ögey bacısıdır: «Atam Mehman bu yaxınlarda dünyasını dəyişib. Anamla ayrıldıqdan sonra Məryəmlə ailə qurmuşdu və ondan Günel dünyaya gəlib. Günel anası ilə bir yerdə Mərkəzi Univermaqda qızıl alveri ilə məşğul olurdular. Günelin bir qızı var, həyat yoldaşından isə ayrılıb. Onun keçmiş əri indi həbsdədir, dələduzluq ittihamı ilə 9 il iş verilib (keçmiş kürəkən qaynanasına - Məryəm Namidzadəyə qarşı dələduzluqda ittiham olunub). Məryəmlə Günel bir yerdə yaşayırdılar. Belə bir hadisə olacağı heç kəsin ağlına gəlməzdi".

M.Namidzadənin adını açıqlamayan qonşusunun sözlərinə görə, o, dekabrın 31-də bayramlaşmağa gedib: "Bayram günü Məryəmin bacısı və əri, uşağı, qızı orada idilər. Mən də bayramını təbrik etməyə getmişdim. Ordan-burdan söhbət elədik. Məryəm qayıtdı ki, "qızıl alveri zəifləyib, iş getmir, ona görə də neçə vaxtdır qızılları özümlə aparıb-gətirirəm". Ona dedim ki, ehtiyatlı ol, səni yolda izləyən olar, təhlükəlidir, özünə bir mühafizəçi ayır. Bu söhbətimiz də onların yanında olub. İndi nə bilmək olar, bəlkə də bundan sonra qızının ağlına belə bir iş tutmaq gəlib".

Qonşusu bildirib ki, mərhumənin qızı ərindən ayrılandan sonra münasibət qurduğu bir nəfər olub. O, cinayəti törədənlərin Günelə psixoloji təsir göstərdiklərini də ehtimal edir.

M.Namidzadənin bacısının əri Sənanın sözlərinə görə, bayram günü evdə külli miqdarda qızılın daşınması və buna görə mühafizəçi tutulması ilə bağlı söhbət olmayıb: «Faciə baş verib və kimin təqsiri varsa, cəzasını alacaq, əlavə heç nə deyə bilmərəm. Ana-bala arasında nə söhbət olubsa, istintaq aydınlaşdıracaq».

Qeyd edək ki, hadisə paytaxtın Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında baş verib. M.Namidzadə "Jewellery" zinət əşyaları mağazasının sahibi olub. Ona 43 bıçaq zərbəsi vurulub. M.Namidzadənin qızı həbsindən qabaq izahatında evdən ona məxsus 30 000 dollar dəyərində qızıl əşyaların oğurlandığını bildirmişdi. Hazırda hadisə törədilən mənzil istintaq orqanı tərəfindən möhürlənib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh