Qlobal aviasiya sektorunda ciddi irəliləyiş

2022-ci ildə qlobal aviadaşımalar koronavirus pandemiyasından əvvəlki dövrün 68,5%-i səviyyəsinə çatıb. Ümumi artımla yanaşı regionlararası fərq çox ciddidir.
Avtosfer.az-ın xəbərinə görə, bu çıxarış Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası IATA-nın son hesabatında yer alır. Hesabat dünya üzrə 300 şirkəti və qlobal aviadaşımaların 83%-ni əhatə edir.
Hesabata görə ötən il daxili uçuşlar 11% artaraq pandemiyadan əvvəlki səviyyənin 79,6%-i həddinə çatıb. Daxili uçuşlara ciddi məhdudiyyət qoyan ölkələrdə isə vəziyyət fərqlidir. Latın Amerikası ölkələri demək olar ki 2019-cu ildəki səviyyəni bərpa edib. Sözügedən regionlarda 2022-ci ildə pandemiyadan əvvəlki dövrlə müqayisədə azalma cəmi 0,5%-dir. Geriləmə Avropada 3%, Şimali Amerikada 6,3% olduğu halda Asiya-Sakit okean regionunda 40%-dən çoxdur. Səbəbi sözügedən regionda karantin məhdudiyyətlərinin çox uzun və sərt şəkildə davam etməsidir. Dünyanın əhali sayına görə ən böyük ölkəsi olan Çində məhdudiyyətlər dekabrda ləğv edilib. Avstraliya və Okeaniyada da fərq çox da ciddi deyil. Çində məhdudiyyətlər ləğv edildikdən sonra IATA da proqnozuna dəyişiklik edib. Qurum bildirir ki, Çində aviadaşımalar 2023-cü ildə pandemiyadan əvvəlki dövrün 85,5%-i səviyyəsinə çatacaq.
Beynəlxalq daşımalara gəlincə, 2021-ci illə müqayisədə bu sahədə 2,5 dəfə artım olsa da pöandemiyadan əvvəlki səviyyənin 62,2%-nə çatmaq mümkün olub. Burada da regional uyğunsuzluq çox ciddidir. Digər regionlar 2019-cu ildəki səviyyənin 75%-nə çatdığı halda, Asiya-Sakit okean regionunda göstərici 68% olub.
Ekspertlərin fikrincə, sərnişin daşımalarındakı canlanma təyyarə istehsalçılarının da sifarişlərini artırıb.
Vüqar
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












