Qlobal istiləşmə güclənir: Hansı ölkələr risk altındadır?

Alimlərin fikrincə, qlobal istiləşmə bir sıra şəhərlərin mövcudluğunu təhdid edəcək. Britaniya alimləri genişmiqyaslı tədqiqat aparıblar və bu araşdırma zamanı anormal istilərdən daha çox risk altında olan ölkələri müəyyən edə biliblər.
Alimlər xəbərdarlıq ediblər ki, iqlim dəyişikliyi şəraitində isti dalğaları daha tez-tez baş verir və minlərlə ölümlə nəticələnə bilər.
Tədqiqatçılar vurğulayırlar ki, bəşəriyyət üçün mövcudluq şəraitində gələcək dəyişikliklərə hazırlaşmağın vaxtı çatıb. Onların təklif etdikləri tədbirlər arasında şəhərlərdə soyutma mərkəzlərinin yaradılması və ya işçilərin açıq havada iş vaxtının azaldılması da var.
Eyni zamanda alimlər bildirirlər ki, söhbət təkcə anomal istilərin gözlənildiyi ölkələrdən getmir. Belə ki, yeni araşdırmada sosial-iqtisadi amillər, əhalinin artımı, enerji şəbəkələrinin dayanıqlığı və tibbi xidmətlərin əlçatanlığı kimi amillər də nəzərə alınıb.
Tədqiqatçılar belə nəticəyə gəliblər ki, Əfqanıstan, Papua Yeni Qvineya və Mərkəzi Amerikanın bəzi hissələri kimi bölgələr istilik dalğalarının dağıdıcı təsirlərinə çox həssasdır. Çin və paytaxtı Pekin də nisbətən böyük bir əhali üçün risk baxımından ən həssas şəhər kimi adlanır.
Araşdırmaçılar etiraf edirlər ki, qarşıda nələri gözlədiyinə əmin ola bilmirlər, lakin gələcəyin indiyə qədər gördüklərindən daha pis olacağı ehtimal edirlər. Alimlər həmçinin deyirlər ki, davamlı yüksək temperatur insanları birbaşa öldürə bilər. Bundan əlavə, isti dalğalarının meşə yanğınları riskinin artırması kimi təsirləri də var. (lent.az)
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq
Abşeron sahillərində nəqliyyat yükü necə azaldılmalıdır? – EKSPERT
Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə
Ermənilər Kərkini boşaldacaq: Paşinyan qərar verdi











