Qlobal istiləşmə virusları daha dayanıqlı edəcək

Səthi sulara düşən enteroviruslar və başqa patogen viruslar yüksək temperatur, günəş işığı və digər mikrobların təsirindən öz fəaliyyətini itirə bilər. Bununla da onların xəstəliyi yaymaq qabiliyyəti azalır. Lakin “Environmental Science & Technology” jurnalında öz tədqiqatlarını təqdim edən alimlər bildirirlər ki, qlobal istiləşmə virusların inkişafına şərait yarada, onları məlum dezinfeksiyaedici vasitələrə, o cümlədən xlora qarşı daha az həssas edə bilər. Komanda günəş işığı imitasiyası ilə və ya ondan istifadə etmədən nümunələri göl suyunda kolbalarda 10 və 30 dərəcə temperaturda inkubasiya edərək, insanın enterovirusunun dörd müxtəlif populyasını yaradıb. Sonra tədqiqatçılar günəş işığını və bakteriyaların mövcudluğunu imitasiya edərək virusları istinin təsirinə məruz qoyublar. Alimlər müəyyən ediblər ki, ilıq suya uyğunlaşdırılan viruslar soyuq suya uyğunlaşdıralan vurislarla müqayisədə istidə fəallığını itirməyə daha dayanıqlıdırlar. İsti suya uyğunlaşdırılan viruslar sərin suya yerləşdirilərkən soyuq suya uyğunlaşdırılan ştammlara nisbətən daha uzun müddət fəal qalıblar. Bundan başqa onlar xlorun təsirinə daha dözümlü olublar. (Modern.az)
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












