QMİ nümayəndəsi: "İnsanların kütləvi məkana toplaşması yoluxma ehtimalını artırır"

Koronavirus yaşından və statusundan asılı olmayaraq hər bir kəsə təhlükəlidir. Məscidlərin bağlı qalması da epidemioloji vəziyyətlə əlaqədardır. İnsanların kütləvi məkana toplaşması yoluxma ehtimalını artırır. Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, fəlsəfə doktoru İbrahim Quliyev bildirib.
Onun sözlərinə görə, koronavirus dini məsələ deyil, yalnız tibbi məsələdir: “Bildiyiniz kimi, hazırda hamımız pandemiya dövründə yaşayırıq. Koronavirus elə bir bəladır ki, təkcə Azərbaycanı deyil, bütün dünyanı cənginə alıb. Bu virus yaşından və təbəqəsindən asılı olmayaraq hər kəsə təhlükəlidir. Ona görə də Prezident İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabineti yanından Operativ Qərargah yaradılıb. Operativ Qərargahın qoyduğu qanunlar və tövsiyələrə əməl etmək hər bir Azərbaycan vətəndaşının borcudur. Bu bir qanundur və qanuna əməl etməyən hər bir şəxs cəzalndırılır.
Ona görə də məscidlərin bağlanma, yaxud açılması məsələsi Qafqaz Müsəlmanları İdarəsinə aid olan bir məsələ deyil. Bu, Operativ Qərargahın veridyi qərardır və inanclı, mömin və məscidə gələn hər bir şəxsdən QMİ olaraq xahişimz və tövsiyyəmiz ondan ibarətdir ki, onlar qanunauyğun hərəkət etsinlər. Allah qoysa, Operativ Qərargah nə vaxt ki, qərar verər məscidlərin açılmasına, biz hamımız ora toplaşıb əvvəlki kimi ibadətlərimizi davam edərik”. (Trend)
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS
Bu məktəblərdə dərslər onlayn olacaq - RƏSMİ AÇIQLAMA
Paytaxtın dəyişdirilməsi Bakının problemini həll edəcəkmi? – Ekspert AÇIQLADI - VİDEO
Pəhləvan Elmin Mehdiyevin şouları: Əyləncə, yoxsa israf? - SOSİOLOQ
Azərbaycan üzərindən marşrutda sürpriz dayanacaq: Yol Çində bitmir - FOTO
İnfluenserlə bağlı yeni vergi təkmilləşdirilməsi necə olacaq? - AÇIQLAMA
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?










