Qobustanda Ərəbqədim–Göydərə yolu təmir edilir - FOTO

Qobustan rayonunun Ərəbqədim–Göydərə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən yenidənqurma işləri davam etdirilir.
Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, başlanğıcını Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 88-ci km-dən götürən Ərəbqədim–Göydərə yolu 4-cü texniki dərəcəlidir.
Torpaq əsaslı və çınqıl örtüklü yolun eni və uzunu tikinti norma və standartlara uyğun olmayıb. Bu səbəbdən torpaq işlərinin yerinə yetirilməsi tələb olunub. Bundan başqa texnoloji ardıcıllıqla bütün yolda yeni yol geyiminin tikilməsi zərurəti yaranıb. Bu səbəbdən AAYDA yolun yenidən qurulması işlərinə start verib.
Ümumi uzunluğu 13 km olan yolda yenidənqurma işləri çərçivəsində torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib. Layihə çərçivəsində yolun normativ eninin alınması üçün çınqıl materialı ilə yolun eninin 6-7 metrdən 10 metrə genişləndirilməsi və profilə salınması işləri aparılıb. Tikintinin aparıldığı ərazi 130 min kvadrat metrdən çoxdur.
Texnoloji ardıcıllığa uyğun olaraq bu işlərin ardınca hazırda yol əsasın alt və üst layının nəzərdə tutulmuş qalınlıqda tikintisi aparılır. Daha sonra əlaqələndirici bitum səpilməklə iri və xırda dənəli olmaqla 2 laydan ibarət və 12 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu işlər 78 min kv.m sahəni əhatə edəcək.
Layihə çərçivəsində çiyinlərin optimal çınqıl-qum qarışığından 12 sm qalınlığında bərkidilməsi, həmçinin giriş-çıxış yollarının təmiri işləri aparılacaq. Yol boyu yeni suötürücü dəmir-beton boruların quraşdırılmasına ehtiyac olduğu üçün, müxtəlif diametrlərə malik 6 ədəd yeni dairəvi suötürücü borunun quraşdırılması, həmçinin 1 dördbucaqlı su keçidinin inşası da nəzərdə tutulub.
AAYDA-nin rəhbərliyinin birbaşa nəzarəti altında və yüksək keyfiyyətlə aparılan tikinti işlərindən sonra layihəyə uyğun olaraq, zəruri yerlərdə avtonəqliyyat vasitələrinin hərəkətin təhlükəsizliyinin təmin edilməsi və sürücülərin düzgün istiqamətləndirilməsi məqsədi ilə yol nişanları, məlumatverici lövhələr, km göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.
Ərəbqədim–Göydərə sakinlərin rahat gediş-gəlişini təmin edəcək, həmçinin Bakı-Şamaxı-Yevlax avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə hərəkət etməyə imkan verəcək. Avtomobil yolu 2 mindən artıq əhalinin yaşadığı 2 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.
Qeyd edək ki, Regionların inkişafı Dövlət proqramlarına uyğun olaraq, son illərdə yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər kənd yollarının yenidən qurulmasını da geniş əhatə edir. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə uyğun olaraq kənd və qəsəbələri birləşdirən, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmiri və yenidən qurulması işləri həyata keçirilir. Başlanğıcını Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 88-ci km-dən götürən Ərəbqədim–Göydərə yolunun yenidən qurulması da yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin tərkib hissəsidir.
Namiq Musayev
İlham Əliyev Qətər Əmirinə başsağlığı verdi
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
Tovuz döyüşlərindən 6 il ötür
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
















