Qorxu məhsuldarlığı artırır - ARAŞDIRMA

İnsanlar onlara diskomfort yaradan problemi daha tez həll edirlər. Bu qənaətə Kanadanın Britaniya Kolumbiyası Universitetinin alimləri gəliblər.
Aparılan araşdırmanın sonuclarına görə, problemin yaratdığı qorxu elə stresə gətirib çıxara bilər ki, insan onun qarşısında ərincək olmayacaq və hər şeyi bacardıqca cəld etməyə çalışacaq.
Alimlərin fikrincə, hər şey insanın durumu necə qavramasından asılıdır. Məsələn, gələcəkdə alacağı pensiyanın fikrini çəkən insanlar bu məsələni dərd etməyənlərdən 43% daha aktiv pul yığmağa başlayırlar.
Eyni şeyi ayrılıq haqqında da söyləmək olar. Belə ki, insan bunu stres durumu kimi dəyərləndirirsə, ağrılı söhbətə daha tez keçəcək.
Məqalədə vurğulanıb ki, əgər məsələ xoşagəlməz, ancaq dözümlüdürsə, insanlar bunu aylar və illər sonraya saxlaya bilər. Araşdırmaçılar belə durumdan çıxış yolunu təklif ediblər: fəaliyyətsizliyinizin ən mənfi fəsadlarını təsəvvür edin. Qısası, özünüzü qorxudun – o zaman işləriniz daha sürətlə gedəcək. (“Report”)
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT











