Quba polisi 30 aztəminatlı ailəyə baş çəkib - FOTO

Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yaşayan və maddi cəhətdən imkanı zəif olan vətəndaşlara dəstək olublar. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları ölkədə elan edilmiş xüsusi karantin rejimində rayonun müxtəlif ərazilərində yaşayan 30 aztəminatlı ailəyə baş çəkərək, gətirdikləri müxtəlif ərzaq məhsullarından ibarət yardımları onlara öz evlərində təqdim ediblər. Polislər qonağı olduqları evlərdə sakinlərin sosial vəziyyətləri ilə maraqlanaraq, onları maraqlandıran sualları cavablandırıblar. Rayon sakinləri xüsusi karantin rejiminin tətbiq olunduğu bu günlərdə onları unutmayan və qayğılarına qalan polis əməkdaşlarına minnətdar olduqlarını bildiriblər.
Namiq Musayev




Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












