Qubada baş verən yanğınlara polis operativ reaksiya verdi - FOTO

Martın 10-da müxtəlif vaxtlarda Quba Rayon Polis Şöbəsinə rayonun bir neçə kəndləri yaxınlıqlarında yerləşən meşəlik ərazilərdə yanğın baş verməsi barədə məlumatlar daxil olub. DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, daxil olan məlumatlarla əlaqədar polis əməkdaşları hadisələrin baş verdiyi ərazilərə yollanıblar. Rayonun Dəvədabanı yaşayış massivi, eləcə də Səbətlər, Bərqov, İspik və Yuxarı Tüləkəran kəndlərinin yaxınlıqlarında yerləşən meşə massivlərində baş verən yanğınlar zamanı ümumilikdə 14 ha yaxın ərazidə meyvə bağı, kol-kos və qutu otlar yanaraq məhv olub.
Həmin ərazilərin bəzilərinin coğrafi şəraiti dağlıq olduğundan FHN-nin yanğından mühafizə briqadası yanğın baş verən əraziyə qalxmaqda çətinliklərlə üzləşiblər. Bu zaman isə Quba RPŞ-nin əməkdaşları dərhal baş verən yanğın hadisələrinə operativ şəkildə reaksiya verərək, alovun qarşısının alınması istiqamətində bütün zəruri tədbirləri həyata keçiriblər. Əsasən fiziki qüvvə ilə yanğınları tez bir zamanda ram etməyə müvəffəq olan polislər, hadisənin baş verdiyi ərazilərdə təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirərək, alovların miqyasının böyüməsinin qarşısını vaxtında alıblar. Hadisələr nəticəsində xəsarət alan olmayıb, yanğınların baş vermə səbəbləri araşdırılır.
Emin
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
















