Qubada evlərdən oğurluq edən şəxs tutlub - FOTO

Quba rayonunun Dəvədabanı yaşayış massivi ərazisində yerləşən evlərin birindən bir ədəd samovar, eləcə də geyim və digər məişət əşyaları oğurlamaqda şübhəli bilinən yerli sakini, 19 yaşlı Əli Ağabəyov saxlanılıb. Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Quba rayon regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ə.Ağabəyovun ətrafında aparılan tədbirlər nəticəsində onun törətdiyi başqa bir cinayət hadisəsinin də üstü açılıb. Belə ki, saxlanılan şəxs cari il may ayının əvvəlində rayon ərazisində yerləşən evlərin birinə qanunsuz daxil olmaqla oradan iki ədəd velosiped oğurlayıb. Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq hadisələrini etiraf edərək cinayət yolu ilə əldə etdiyi əşyaları dəyərindən ucuz qiymətə satdığını bildirib.
Oğurlanan əşyaların yeri polis əməkdaşları tərəfindən müəyyənləşdirilərək maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, həmin şəxsin başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.
Namiq Musayev




"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












