Qubada selin apardığı körpülərin bərpası üçün texnikalar cəlb olunacaq - VİDEO

Qubada ötən gün körpülərin sel aparması ilə bağlı Quba Rayon İcra Hakimiyyətinin başçısı əraziyə gəlib. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə yerinə gələn Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev gediş-gəliş əlaqəsinin müvəqqəti bərpa edilməsi üçün əraziyə texnikanın cəlb olunması və digər zəruri tədbirlərin həyata keçirilməsi üçün göstəriş və tövsiyələrini verib.
Çağacıq çayında suyun həcmi hələ azalmayıb, sel davam edir.
İcra başçısı Z.Əliyev bildirib ki, körpülərin inşaası zamanı iri diametrli metal borulardan istifadə olunub: “Lakin bu üsul əlverişli olmadı. Buna görə də hər iki körpünün yenidən betondan tikilməsi qərarı qəbul olunub”.
Qeyd edək ki, Quba rayonunun Xanagah kəndində Çağacıq çayının üzərində inşa edilən körpülərin sel aparması nəticəsində kəndin məhəllələri arasındakı gediş-gəliş əlaqəsi kəsilib.
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO











