Qurbanlıq ətlərini niyə salafanda saxlamaq olmaz?

Qurbanlıq ətin kəsilməsindən sonra edilən bəzi səhvlər qısa müddətdə onun xarab olmasına yol açır. İsti hava şəraitində saxlanma qaydalarına düzgün əməl edilməməsi ciddi risklər yaradır.
İstanbul Pərakəndəçi Qəssablar Dünyası Nümayəndəsi Əli Güla qurbanlıq ətlərin isti buxarı olduğunu və onların birbaşa torbaya qoyulmasının yolverilməzliyini bildirib. Onun sözlərinə görə, ət 2-3 saat dincəlməli və buxarını atmalıdır. İsti əti torbaya qoyub soyuducuya yerləşdirdikdə alt və üst hissəsi donsa da, orta qismi nəmlənib göyərir və xarab olur. İsti havalarda bu proses daha da sürətlənir.
Əli Güla qurbanlıq seçərkən qoyun və keçilərdə yaranın, şikəstliyin olmamasına diqqət yetirməyin vacibliyini vurğulayıb. Eyni qaydalar iribuynuzlu heyvanlara da aiddir. Heyvanların yaş həddinə və sağlamlığına xüsusi nəzarət edilməlidir. Kəsim prosesinin isə peşəkar qəssablar tərəfindən aparılması həm ətin, həm də dərinin ziyan olmasının qarşısını alır.
O, kəsilən qurbanlıqların hissələrə bölünməsi və paylanması üçün də qəssablara müraciət etməyi məsləhət görüb. Bildirilib ki, peşəkarlar ətin qiyməlik və tikəlik hissələrini düzgün ayırır, antrikot, bel və digər hissələrini bərabər bölürlər. Bu üsulla ətlər daha təmiz, bərabər və ədalətli şəkildə paylanmağa hazır vəziyyətə gətirilir.//Demokrat.az
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












