Qusara istirahətə gələn 18 nəfər cərimələndi - FOTO

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reydlər zamanı Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gələn şəxslər barəsində tədbirlər görülüb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə,istirahət mərkəzlərinə gedən yollarda hərəkət edən nəqliyyat vasitələri yoxlanış məqsədilə şöbə əməkdaşları tərəfindən saxlanılıblar. Planşet vasitəsilə yoxlanılan zaman bəzi şəxslərin qaydaları pozaraq, xüsusi karantin elan edilən rayonlardan istirahət məqsədilə Qusar rayonuna gəldikləri məlum olub.
Keçirilən reyd zamanı 18 nəfər qaydaları pozduqları üçün barələrində protokol tərtib edilərək, hər biri 200 manat cərimələnib.
Reydlər zamanı tibbi maskadan istifadə etməyən şəxslər də aşkarlanıb. Qaydaları pozan 25 şəxs İXM-nin 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə) maddəsi ilə 100 manat cərimələnib.



Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












