Qusarçay məcrasını dəyişib, evlər təhlükə altında qalıb - VİDEO

Qusarın Balaqusar kəndinin yaxınlığından keçən Qusarçay məcrasını dəyişərək 6 evi təhlükə altında qoyub. Avtosfer.az xəbər verir ki, sakinlərin sözlərinə görə, son 5 il ərzində çay təxminən 20 metr enində və 120 metr uzunluğunda torpaq sahəsini yuyub aparıb. Bu isə həm evlərin, həm də təsərrüfatların gələcək taleyi ilə bağlı ciddi narahatlıq yaradıb. Artıq çayla evlər arasındakı məsafə bir neçə metrə qədər azalıb. Çayın səviyyəsi qalxdıqca kənd camaatı üçün təhlükə kritik həddə çatır. Sakinlər bildirirlər ki, bəzi torpaq sahələri tamamilə itirilib və bir neçə fərdi təsərrüfat uçqun riski ilə üz-üzədir. Bildirilir ki, çayın istiqamətinin dəyişməsinə səbəb burada vaxtında bəndlərin çəkilməməsidir. Sakinlər iddia edirlər ki, çayda möhkəmləndirmə və sahilbərkitmə işləri olmadığı üçün hər il eyni problem təkrarlanır və təhlükə daha da artır. Onlar dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem hələ də öz həllini tapmayıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Tıxacda saatlarla qalan sürücülərə pis xəbər – XƏBƏRDARLIQ!
Sürücülərin NƏZƏRİNƏ! - Bu küçələrdə tıxac var - FOTO
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq
Abşeron sahillərində nəqliyyat yükü necə azaldılmalıdır? – EKSPERT
Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO












