Qusarda ağac kəsən şəxs cəzalandırılıb

Qusar rayonu Qalacıq kəndinin yaxınlığında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayət əsasında aparılan araşdırma yekunlaşıb.
Bu barədə jurnalistlərə açıqlamasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
Onun sözlərinə görə, bir müddət əvvəl sözügedən ərazidə ağac kəsintisi faktı müəyyən edilmiş və təqsirkarın aşkar olunması üçün hüquq -mühafizə orqanlarına müraciət edilmişdi: “Aparılan araşdırma zamanı məlum olub ki, Qalacıq kəndinə bitişik meşə fondunun açıq sahəsində aqrobağların salındığı sahə ilə həmsərhəd olan bələdiyyə torpağında ağaclar Qusar rayon sakini Məhəmməd Tahirov tərəfindən kəsilib. Faktla bağlı təqsirkar şəxsin məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görülür. Daxil olan məlumatla bağlı vaxtında tədbir görmədiyinə görə, Regional Ekologiya İdarəsinin rəhbərliyi barəsində intizam tənbehi tədbiri görülüb”.
Xidmət rəisi bildirib ki, eyni zamanda, sosial şəbəkədə Qalacıq kəndinin Bəbirqala adlanan sahəsində ağacların kəsiləcəyi ilə bağlı yayılan məlumat da araşdırılıb: "Sözügedən ərazidə ağac kəsintisinin olmadığı məlum olub və gələcəkdə hər hansı fəaliyyətin həyata keçiriləcəyi barədə deyilənlər təsdiqini tapmayıb."
H.Əlizadə yaşıllıqlara həssas münasibət göstərən, belə məsələlərin işıqlandırılmasında və sona çatdırılmasında onlara kömək edən ictimai fəallara təşəkkürünü bildirib.
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS










