Rafael Ağayev gömrük formasında video paylaşdı - “İş başındayam” - VİDEO

Tanınmış idmançı Rafael Ağayev haqqında yazılan söz-söhbətlərə aydınlıq gətirib.
Avtosfer.az xəbər verir ki, bir neçə gün əvvəl bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin guya işə gəlməyən idmançılara sərt tapşırıq verdiyi, onlardan işə çıxmağı tələb etdiyi və onları seçim qarşısında qoyduğu bildirilirdi. Amma Rafael Ağayev öz videomüraciətində bildirib ki, belə hallar baş verməyib. “Sosial şəbəkələrdə yayılan xəbərlərə görə özümə bu videonu çəkməyi borc bildim. Gördüyünüz kimi, mən Azərbaycan dövlətinə xidmət edirəm, işimin başındayam.” - deyən idmançı Prezident İlham Əliyevə və DGK sədri Səfər Mehdiyevə ona və digər idmançılara göstərdikləri qayğıya görə minnətdarlığını çatdırıb. Rafael Ağayev yarışlara qatılması, eyni zamanda iş şəraiti ilə bağlı ona daim dəstək olunduğunu da bildirib.
Daha ətraflı Rafael Ağayevin videomüraciətində:
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
Bakıda qarajlar rekord həddə BAHALAŞDI
25 ildə tamaşaçının zövqü tamam korlandı - Elariz Məmmədoğlundan kanallara SƏRT TƏNQİD











