Rayona torpaq yolla gedənlər həbs olundu

Koronavirus pandemiyası ilə mübarizədə bölgələrdən paytaxta, eləcə də əks istiqamətdə vətəndaşların hərəkətinə tətbiq olunan məhdudiyyətləri pozaraq Bakı şəhərindən rayonlara qanunsuz olaraq sərnişin daşıyan sürücü saxlanılıb.
Avtosfer.az xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən bu qanunsuz fəaliyyətlə məşğul olan Şamaxı şəhər sakini Anar Ədilov tutulub. O, idarə etdiyi “Opel” markalı avtomobillə karantin postundan kənar yollarla iki nəfər sərnişini Şamaxı rayonuna aparan zaman Abşeron rayonu ərazisində saxlanılıb.
Araşdırma zamanı maşında olan sərnişinlər Nicat İbadov və Şahin Əzizovun da xüsusi karantin qaydalarını pozduqları məlum olub.
Hər 3 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Məhkəmənin qərarı ilə Anar Ədilov 20, avtomobildə olan sərnişinlərin hər biri isə 10 sutka inzibati qaydada həbs ediliblər.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












