Avtosfer.az | Reklam
Rayondan Bakıya gələnlərlə bağlı hamını maraqlandıran suallara aydınlıq gətirildi
Gündəm 20 Mart 2020 15:30 Oxunub 2310
Rayondan Bakıya gələnlərlə bağlı hamını maraqlandıran suallara aydınlıq gətirildi
Bu Avropa oyunları və digər beynəlxalq yarışları deyil

Baş Dövlət Yol Polisi İdarəsi Nazirlər Kabineti yanında operativ qərargahının göstərişi ilə martın 19-u gecə saat 00:00-dan etibarən rayon qeydiyyatı olan avtomobillərin sürücüləri və sərnişinlərinin Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu ərazinə buraxılmasını məhdudlaşdırılıb. Bütün bunlar isə yollarda müəyyən xaotik vəziyyət yaradıb. Belə ki, yol polisinin Bakının üç giriş nöqtəsində quraşdırdığı postlarda sıxlıq müşahidə olunur. Hər bir avtomobilin fərdi qaydada yoxlanılması sürücü və sərnişinlərin sənədlərinin dəqiqləşdirməsi müəyyən vaxt aparır.

Nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a bildirib ki, yol polisi vətəndaşların rahatlığını təmin etmək üçün müəyyən addımlar ata bilər. “Təkcə Bakının girişində yox, eləcə də rayonlararası postlarda vətəndaşların məlumatlandırılması vacibdir. Vətəndaşlar Bakının girişinə qədər əziyyət çəkib gəlmədən yol boyu DYP postlarında saxlanıla, sürücülərə xəbərdarlıq oluna bilər. Yaxud da yollara maarifləndirici lövhələr qurula bilər ki, məlumatı olmayan insanlar oxusun, kilometrlərlə yolu Bakının girişinə qədər gəlməsinlər. Geriyə qayıtmaq insanlarda həm maddi zərərə, həm də digər neqativ hallara səbəb olur.”

Ekspert deyir ki, bəzi sürücülər və sərnişinlər bilərəkdən bu addımı atırlar. “Onlar sadəcə bəxtimizi sınayaq prinsipi ilə yanaşaraq yol çıxırlar. Düşünürlər ki, hansısa yolla Bakıya, Sumqayıta və Abşerona daxil ola biləcəklər. Amma nəzərə almaq lazımdır ki, bu Avropa oyunları və digər beynəlxalq yarışları deyil, dünyanın bir nömrəli probleminə çevrilmiş koronavirus təhlükəsindən irəli gələn qadağadır. Martın 29-dək vətəndaşlar qoyulan bu qadağaya ciddi əməl etməlidirlər.”

Elməddin Muradlı deyir ki, bir çox boşluqlar da var yol polisi bunları da nəzərə almalıdır. “Söhbət ailə üzvlərinin Bakı qeydiyyatı, yaxud da rayon qeydiyyatı olması ilə bağlıdır. Məsələn, deyək ki, ailə başçısı rayon qeydiyyatıdır amma onun həyat yoldaşı və övladları Bakı qeydiyyatıdadır. Belə halda Bakıya qayıdarkən ailə başçısını postda saxlayıb geri qaytarmaq nə dərəcədə düzgündür? Məlum məsələdir ki, bu ailəsi ilə birlikdə Bakıda yaşayır. Həyat yoldaşı və övladları Bakı qeydiyyatıdadır. Təbii ki, ataları onların yanında yaşayır. Bu halda həmin şəxsə məhdudiyyət qoymaq onu yolda saxlayıb geri qaytarmaq nə dərəcədə düzgündür? Yaxud da evin xanımı rayon qeydiyyatı olarsa belə çıxır ki, yoldaşını və övladlarını Bakıya buraxacaqlar amma qadını geri qaytaracaqlar. Bu bir az gülünc səslənir. Ailələr arasında da sual doğurur ki, bu nə dərəcədə düzgün yanaşmadır? Əgər söhbət bir ailədən gedirsə, ortada nikah kağızı varsa, sənədlər, şəxsiyyət vəsiqəsi hər şey qaydasındadırsa problem ola bilməz. Evin başçısı və xanımı rayon qeydiyyatıdırsa ailənin digər üzvləri Bakı qeydiyyatıdırsa həmin şəxslərə heç bir məhdudiyyət qoyulmamalıdır. Digər tərəfdən sürücülərin yalanına inanıb yola çıxan sərnişinlər var ki, gəlib postlarda qalırlar və avtomobil geri qayıtdıqda həmin sərnişinlər postun ərazisində piyada qalır. Onların Bakı, Sumqayıt istiqamətinə daşınması təmin edilməlidir. Çünki adam rayon qeydiyyatı deyil Bakı, Sumqayıt və yaxud Abşeron qeydiyyatıdır sadəcə evinə taksi ilə gəlir. Düzdür xəbərdarlıq olunub ki, bu istiqamətdə sərnişin daşımasın. Amma bəzi taksi sürücüləri tamamkarlıq edir və vətəndaşları aldadaraq onları sərnişin qismində Bakıya gətirməyə çalışırlar. Postlarda avtomobilin Bakı qeydiyyatı olmadığı aşkardıqda təbii o, geri qaytarılır, bu zaman sərnişinlər yolda qalır. Həmin sərnişinlər daşıması üçün şərait yaradılmalıdır.”

Ekspert vətəndaşlara müraciət de edib. “Vətəndaşlara bir daha səslənirik ki, bu məhdudiyyətə, bu qadağaya ciddi əməl etsinlər. Sıradan bir məhdudiyyət kimi yanaşmasınlar. Artıq ölkə başçısının Novruz bayramı ilə əlaqədar çıxışında da bu məsələyə toxunub və cənab prezident də bildirdi ki, buna əməl etməyənlər cəzalandırılacaq. Onu da qeyd edək ki, koronavirus təhlükəsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib ki, artıq prezidentin imzası ilə qanun təsdiqlənib. Beləliklə bu qaydaları pozan vətəndaşlar 100 manatdan 5 min manatadək cərimə oluna bilər.”

 

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Elsen Aslanov 20 Mart 2020 21:54
salam.men ve heyat yoldasim rayona gelmisem ayin 18i. 2 uwagim var 3 ve 4 yawlarinda. bizim burda seraitimiz yoxdur.evler soyug istilik sistemi yox.sularimiz soyug.biz atalarimizin qebrin ziyarete gelmisdik.indi qalmisiq onun bunun evinde.bizim evde xirdalanda.rayon ucotundayiq.biz bura usaglari xestelendirmeye getirmenisik.hami xestelikden qacir.bize hormet eden yoxdurki evimize qayidag