Rayondan Bakıya gəlmək istəyənlərin NƏZƏRİNƏ!

Azərbaycanda koronavirusa görə elan olunmuş xüsusi karantin rejiminin şərtləri yumşaldılıb. Yumşalma nəticəsində bir çox müəssisələrin fəaliyyətinə icazə verilib. Sosial şəbəkələrdə gələn həftədən başlayaraq rayon qeydiyyatı olan şəxslərin də Bakıya buraxılmasına icazə veriləcəyi ilə bağlı məlumatlar yayılıb.
Avtosfer.az sonxəbər.az-a istinadən məlumatına görə bununla bağlı millət vəkili Fazil Mustafa bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahda müxtəlif qurumların nümayəndələri təmsil olunur və onlar real vəziyyəti daha yaxşı bilirlər:
"Vətəndaşların Bakıya buraxılmaması onların sağlamlığına xidmət edən qərardır. Ola bilsin ki, yumşalma bu istiqamətdə də olsun. Koronavirusa yoluxanların, sağalanların və ölənlərin say nisbətini müqayisə edib, bu istiqamətdə addım atıla bilər. Vətandaş Bakıya malını gətirib satmalıdır və ya müalicəsi üçün gəlməlidir. Əlbəttə, bütün bunlar insanların sıxıntısıdır. Amma birinci növbədə can sağlığı və təhlükəsizlik daha önəmlidir. Şəhərin tam yüklənməsi virusun yenidən yayılmasına səbəb ola bilər. Bu məsələdə tələsmək lazım deyil. Operativ Qərargahın verəcəyi qərarı gözləməliyik". //Sonxəbər.az
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”











