Rayonlardan Bakıya gələn avtomobillərin saxlanacağı ünvanlar açıqlandı - SİYAHI

I Avropa Oyunları zamanı rayonlardan Bakıya gələn avtomobillərin saxlanacağı ünvanlar açıqlanıb. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən (BŞBDYPİ) verilən məlumata əsasən, rayon qeydiyyatında olan maşınların Bakıya daxil olmaması üçün xüsusi yaradılan dayanacaqlar sabahdan etibarən sürücülərin istifadəsinə veriləcək.
Məlumata əsasən, Bakı-Sumqayıt yolundan istifadə edənlərə Ər-Riyad ticarət mərkəzinin həyətində, Şamaxı istiqamətindən gələnlərə Müşfiq postunun yaxınlığında, Bakı-Kürdəmir və Bakı-Astara istiqamətlərindən gələn sürücülər üçün isə Ələt yolunun 14-cü km-də sahə ayrılıb. Dayanacaq pulsuzdur.
Ümumilikdə 8 hektar ərazi ayrılıb. Avtomobillər həmin ərazilərdə nəzarət olunmaqla park olunacaq və ayrılmış ekspress avtobuslar və marşrutlar vasitəsi ilə hər kəs şəhərə daxil ola biləcək. İdarədən bildirdilər ki, vətəndaşların rahatlığını təmin etmək üçün hər şey yaradılıb.
Qeyd edək ki, birinci Avropa Oyunlarının keçirildiyi müddətdə Bakıda nəqliyyatın sıxlığının azaldılması məqsədilə iyunun 1-dən 30-dək paytaxt ərazisinə yük avtomobillərinin və rayon qeydiyyatı olan avtomobillərin daxil olmasına tam məhdudiyyətlərin tətbiqi nəzərdə tutulub.
Cavid
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI










