DİM buraxılış imtahanı ilə bağlı açıqlama yaydı

Nazirlər Kabinetinin 18 may 2020-ci il tarixli 179 nömrəli qərarı ilə “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nda edilmiş müvəqqəti dəyişikliyə əsasən ümumi (9illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı bir mərhələdə – imtahanın ikinci mərhələsinin modeli əsasında keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, imtahanda şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Buraxılış imtahanında şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır.
Bu dəyişikliklər qüvvəyə minənədək ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun qiymətləndirilməsi (attestasiyası) çərçivəsində keçirilən buraxılış imtahanları iki mərhələli olduğu zaman 2020-ci il martın 1-də imtahanın birinci mərhələsini vermiş şagirdlər bir mərhələli buraxılış imtahanını vermirlər, onların əldə etdikləri nəticələr DİM tərəfindən hər fənn üzrə 100 ballıq şkalaya keçirilir.
Yeni qaydalara uyğun olaraq 1 mart 2020-ci il tarixində imtahanda iştirak edən şagirdlərin hər fənn üzrə topladıqları ballar 100 ballıq şkalaya keçirilib və hər bir şagirdin imtahan nəticələri səhifəsinə yerləşdirilib. Yeni şkalaya uyğun yekun ballar şagirdlərin attestatına yazılacaq. Yeni şkalaya uyğun imtahan nəticələri ilə buradan tanış ola bilərsiniz.
Qeyd edək ki, nəticələrin 100 ballıq şkalaya uyğunluğu 2018 və 2019-cu illərdə keçirilən imtahanlarda 9-cu sinif şagirdlərinin 1-ci mərhələdə topladıqları ballarla 2-ci mərhələdə topladıqları ballar arasındakı statistik əlaqənin araşdırılmasının nəticələrinə əsasən müəyyən olunub.
Yeni şkalaya uyğun qiymətindən narazı olanlar üçün sentyabr ayında imtahan (bir mərhələli imtahan modelinə uyğun) keçirilməsi nəzərdə tutulur. İmtahanda iştirak etmək istəyən şagirdlər oxuduqları təhsil müəssisəsinə müraciət etməlidirlər (təhsil müəssisələri fəaliyyətini bərpa etdikdən sonra).
Qeyd: 1 mart 2020-ci il tarixində buraxılış imtahanında iştirak etmiş və orta ixtisas təhsili müəssislərinə qəbul olmaq üçün sənəd vermiş abituriyentlər müsabiqədə iştirak etmək üçün iyun ayında keçiriləcək imtahanda iştirak etməlidirlər. Müsabiqə yeni qaydalara uyğun keçiriləcək imtahanın (bir mərhələ) nəticələrinə əsasən aparılacaq.
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










