Regionlarda da ictimai nəqliyyat vasitələrində şəffaf arakəsmələr quraşdırılır

Gəncə, Lənkəran, Tovuzda, eləcə də Bakı-Sumqayıt istiqamətlərində hərəkətdə olan avtobus və taksilərdə şəffaf arakəsmələrin quraşdırılmasına artıq başlanılıb.
Bunu Avtosfer.az-a açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, bununla bağlı daşıyıcılara rəsmi yazılı müraciətlər olunub:
“İlkin tapşırıq narıncı zonaya düşən regionlarda fəaliyyət göstərən nəqliyyat vasitələrinə edilib. Bunlar Gəncə, Lənkəran və Bakı-Sumqayıt arasında hərəkət edən avtobuslardır. Lakin digər zona olaraq Tovuzda da bu proses artıq başlayıb. Daşıyıcılara rəsmi şəkildə yazılı müraciətlər olunub, taksi fəaliyyəti göstərən şəxslərə isə şifahi göstərişlər verilib”.
N.Allahyarova qeyd edib ki, arakəsmələrin quraşdırılmasına görə hər hansısa limit və vaxt qoyulmayıb:
“Çünki bilirik ki, sahibkarlar da təhlükənin nə qədər ciddi olduğunu anlayıb bu qaydaları yerinə yetirməyə çalışırlar. Taksi sürücülərinə isə şifahi tapşırıqdan əlavə DANX-ın regional şöbəsinin əməkdaşları da nəzarət edirlər ki, ən yaxın zamanda avtomobillərdə arakəsmələr quraşdırılsın”.
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












